Previous Next
Bağla
REKLAM YERİ

AzerTelecom Caspian Energy Forum Baku-2019-un tərəfdaşıdır

11-09-2019 10:24
AzerTelecom Caspian Energy Forum Baku-2019-un tərəfdaşıdır

Xeberler.az bildirir ki, Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi “AzerTelecom” şirkəti sentyabrın 19-da Bakı şəhərində keçiriləcək “9-cu Beynəlxalq Caspian Energy Forum Baku – 2019” tədbirinə tərəfdaş qismində dəstək verir. Bu barədə şirkətdən verilən məlumatda qeyd olunub.

“AzerTelecom” şirkətinin baş direktoru Fuad Allahverdiyev bildirib ki, şirkət uzun illərdir “Caspian European Club”u dəstəkləyir və təşkilatla sıx əlaqələrə sahibdir. “Sayca 9-cu olaraq keçiriləcək “Beynəlxalq Caspian Energy Forum Baku-2019” tədbirinin tərəfdaşı olmaqdan məmnunuq. Forum dövlət və özəl sektor, həmçinin beynəlxalq və regional təşkilatlardan olan çoxsaylı nümayəndələri bir araya gətirəcəkdir. Əminik ki, forum ən müxtəlif sahələrdə faydalı fikir mübadiləsinin, müzakirələrin aparılması və yeni biznes əlaqələrinin qurulmasına öz töhfəsini verəcəkdir” - deyə Fuad Allahverdiyev qeyd edib.

“Caspian Energy Club”un birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib ki, ölkənin inkişaf edən telekommunikasiya sektorunda qabaqcıl şirkətlərdən biri olan “AzerTelecom” şirkəti ilə “Caspian European Club” arasında artıq uzun müddətdir səmərəli əməkdaşlıq əlaqələri vardır və bu əlaqələr davamlı şəkildə inkişaf edir. Şirkət “Caspian European Club” tərəfindən keçirilən ən müxtəlif tədbirlərdə yaxından iştirak edir və əməkdaşlığa öz töhfəsini verir.

“9-cu Beynəlxalq Caspian Energy Forum Baku – 2019” “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illik və “Caspian Energy” jurnalının fəaliyyətinin 20 illik yubileyinə həsr olunub. Forumun işində dünyanın 50 ölkəsindən 1500-dən çox nümayəndə iştirak edəcək və forum üç sessiyadan ibarət olacaq.

Birinci sessiya neft-qaz sektorunun, sənayenin inkişafı mövzusuna və Azərbaycanda
infrastruktur layihələrin həyata keçirilməsinə həsr olunacaq. İkinci sessiyada maliyyə sektorunun inkişafı məsələsinə toxunulacaq və Azərbaycanda investisiyalaşdırma imkanları barədə ətraflı danışılacaq. İkinci sessiyada əsas diqqət kiçik və orta biznesin inkişafına yönəldiləcək. Üçüncü sessiyada İKT layihələrinin uğurla həyata keçirilməsi, Azərbaycanın aqrosənaye kompleksinin və turizm potensialının inkişafı barədə geniş hesabat veriləcək.

Caspian European Club barədə: Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. “Caspian European Club”un həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ və Almaniyada səlahiyyətli nümayəndələri var.

“Caspian European Club”un yaradıcısı və ilk Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Caspian Energy Forum Baku 2019-un partnyoru AzerTelecom olacaq

05-08-2019

NRYTN Caspian Energy Forum Baku– 2018-ə rəsmi dəstək göstərir

08-08-2018

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin iştirakı ilə biznes forum keçiriləcək

05-02-2019

Caspian European Club-ın üzvləri İnnovasiyalar Mərkəzində olub

20-11-2019

Caspian European Club-un biznes forumunun vaxtı dəyişdirilib

13-02-2019

Dövlət Gömrük Komitəsi və Caspian Energy Club-un birgə təşkilatçılığı ilə forum keçirilib

08-12-2023

Elmir Vəlizadə "Caspian Business Award 2020" mükafatına layiq görülüb

24-12-2020

AzerTelecom İlin Telekommunikasiya şirkəti adına layiq görülüb

24-09-2019

Telman Əliyev 25 il sonra Caspian Energy International Media Group-un sədri vəzifəsinə təyin edilib

13-06-2024

Caspian Business Award 2018-in təqdimat mərasimi keçirilib

21-12-2018

KOBİA NRYTN ilə birgə startapları dəstəkləyir

19-09-2019

"Digital Bridge" üzərindən 500 milyondan çox tranzaksiya həyata keçirilib

04-12-2024

“Nar” “İlin mobil operatoru” adına layiq görülüb

18-12-2021

Milli Biznesin İnkişafı Forumunun xüsusi sessiyası keçirilib

11-07-2025

BarCamp Caspian-a hazırlıq işləri gedir

13-02-2009

Nail Mərdanov: "Virtual operatorların fəaliyyətinə şərait yaradılacaq"

04-12-2024

II Beynəlxalq “Caspian Innovation Forum”u keçirilib

04-12-2025

BNA: "BakıKart"ın balansını internet üzərindən artırmaq mümkün olacaq

25-11-2020

Azərbaycanda "E-KOB Evi" yaradılır

04-12-2024

Ötən il Iteca Caspian və Сaspian Event Organisers Azərbaycanda 22 sərgi keçirib

24-01-2019

AzerTelecom-un stendi Bakutel-2019-un ən innovativ stendi seçilib

09-12-2019

AzerTelecom ilə KOBİA əməkdaşlıq edəcək

05-12-2019

ABŞ-ın “Caspian Policy Center” təşkilatının nümayəndələri İnnovasiyalar Agentliyində olublar

05-07-2019

Sumqayıt şəhərində “BarCamp Caspian 2009”-un təqdimatı oldu

24-02-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə